Səni röyalara gətirəcəyəm » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Məhəbbət şerləri : Səni röyalara gətirəcəyəm

 Umudu yox etsən
 talasan məni,
 Sevən ürəyimə
 Çəkdirsən qəmi,  
 Sən məni ağladıb dərd-qəmə salsan,    
 İzləyib kölgətək hər gecə səni,    
 Xəyaltək gözünə görünəcəyəm,    
 Səni röyalara gətirəcəyəm.    

 Laylanı çalacaq,
 Eşqim, harayım.    
 Sinəmə çəkdiyin dağları bir-bir,    
 Yazdım, sanadım.

Ağladım min dəfə, öldüm min dəfə,  
 Öldürsən də məni
 Halaldı qanım.
 Nə etsən, qəlbimə döz deyəcəyəm.    
 Səni röyalara gətirəcəyəm.    

 Sevgimi kağızlar, qələmlər anlar,
 Ağıl çox acizdir,  
 Ürəklər duyar.    
 Gündüz bu dünyamı, ömrümü bəzə,  
 Gecə röyaları, sevdamı bəzə.    
 Gəlməsən yuxu da görməyəcəyəm,  
 Səni röyalara gətirəcəyəm.    

 Sənə ürək verdim,  
 Ürək ummadım.  
 Duyğular dənizdir,  
 Körpü qurmadım.
 Qərq oldum dəlisov dalğalarında,  
 Ömrümün bu gənclik, cavan çağında.    
 Ay nədir, il nədir bilməyəcəyəm,
 Səni röyalara gətirəcəyəm…     

 

 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.