Sən məni unuda bilməyəcəksən » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Məhəbbət şerləri : Sən məni unuda bilməyəcəksən

Nə etsən qəlbinə gələcəm yene
Sən məni unuda bilməyəcəksən
Mənə zalım deyib vəfasız demə
Sən məni unuda bilməyəcəksən

Məni yuxularda görməmək üçün
Yuxusuz açılsa hər gələcək gün
Xəyalın mənimdir mənim büsbütün
Sən məni unuda bilməyəcəksən

Yazdığın sətirlər məndən olacaq
Mənsiz sevgi dünyan qəmdən olacaq
Mən sevdim sevgilim səndən olacaq
Sən məni unuda bilməyəcəksən

Gecələr bir əsən mehə dönəcəm
Men səni hər yerdən baxıb görəcəm
Hər gün yaddaşına gəlib deyəcəm
Sən məni unuda bilməyəcəksən

Nəğmələr sözümü deyəcək sənə
Varlığın dəyişib dönəcək mənə
Gəl zülüm eyləmə sevən qəlbinə
Sən məni unuda bilməyəcəksən


 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.