Mən elə bilirdim » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Məhəbbət şerləri : Mən elə bilirdim

 Mən elə bilirdim mən yaz olanda,  
 Sən çiçək ömrünü bəxş edəcəksən.  
 Mən elə bilirdim mən saz olanda,  
 Mizrabtək simlərdə izləyəcəksən.    

 Mən elə bilirdim yaxınsan, yaxın,  
 Yaxıntək uzaqsan, uzaqlardasan.  
 Mən elə bilirdim vəfa ocağı,    
 Sədaqət çırağı yandıracaqsan.  

 Mən elə bilirdim ayrılıq yalan,    
 Sən isə gördüyüm yuxu deyilsən.    
 Mənimçün hər kəsdən lap yaxın olan,    
 İndi niyə mənə yaxın deyilsən?

 Mən elə biirdim mən qəm olanda,    
 Ağlayan notlara bəm olacaqsan.
 Mən elə bilirdim mən ağlayanda,    
 Gözlərimi silən sən olacaqsan.    

 Mən elə bilirdim isti əllərin,
 Soyuq əllərimi tutacaq hər an.    
 Mən elə bilirdim qəmli gözlərim,
 Qara gözlərinə baxacaq hər an.    

 Mən elə bilirdim ürəkdə sənsən.    
 De, hansı sinədə döyünəcəksən?  
 Söylə, ay ürəyim, ürəyin varmı?      
 Məni hansı qəlbdə dəfn edəcəksən?     

 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.