Qayıtdım ömrümün səssizliyinə » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Məhəbbət şerləri : Qayıtdım ömrümün səssizliyinə


Soyuq divarları qaranlıq idi
Qəlbimin işığı sönmüşdü deyə...
Mənsizlik yuxudan ayılmamışdı
Tozunda bir qalaq xatirə vardı
Həvəsim səninlə ölmüşdü deyə
Oxumadım..
Hər gün qəmindədə sevinc görərdim
İndi solmuş çiçəklərin çələngini
Toxumadım ...
***
Xəyalın ruhumu apardığı gün
Mənim sən adında varım, dövlətim,
Mənim sən adında varlıgım vardı
İndi isə hicranın, qəmin, qüssənin
Səni ömrümdən qopardığı gün!
Yıxılmışam
Üzü üstdə, dizi üstdə torpaqlara
Yıxılmışam
Qanayan ovcumdan ümüdün qaçıb
Sızıltı...
əllərimdə qollarımda sızıltı
Ürəyimdə cosan o hayqırtı...
Acı sükutunu poza bilmədi
Ömrümün bu yazıq halına baxdım,
Nə qədər düşündü ağıl da, qəlb də
Yoza bilmədi
Qaranlıq günündə qəm yuxusunu
Beləcə ömürlük yatası imiş
Səssizlik içində zülmət içində
Arzular əcələ catası imiş......
***
Yenilmiş bir məni yaşadan ürək!
Qayıtdım ömrümün səssizliyinə...
Divanə ünvanlı o son mənzil də
Demək yazılıbmış sənsizliyinə....


 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.