Özgə ürək! » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Məhəbbət şerləri : Özgə ürək!



Sevgi üçün zirvəsindən aşan günəm
Daha birdə yanılmaram özgə ürək!
Yüz min ümüd hücum çəksə ürəyimə
Biləsənki alınmaram özgə ürək!

Ömür nədir? məhəbbətsiz düşün, düşün...
Necə məni oda atdı özü bütün,
Həm özü də yaşadacaq hər keçən gün
Unutmaz ki, danılmaram özgə ürək!

Elə yandım gözüm sənə nişanədir
Dəli könül bir kölədir pərvanədir
Bilirəm ki, xatirində qalmamışam
Bircə anda anılmaram özgə ürək!

Divanədən atəşinə de ki namə
Küsməmişəm taleyimə, qismətimə
Şahanədir! şahanədir! o şahanə!
Demə bədbəxt! sanılmaram özgə ürək!
 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.