Məni unudasan deyə » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Məhəbbət şerləri : Məni unudasan deyə

Yığılıb yerə girmək istəyirəm,
Xatirində yetim qalanlardan,
Qismətində olanlardan,
Ürəyində solanlardan,
Yığılıb yerə girmək istəyirəm
Məni unudasan deyə.
Baxıram gözlərinə, qəm görürəm,
Bir günahkar mən görürəm.
Silah çəkib ürəyimdən, 

Nişan alıb diləyimdən,
Vurmaq istəyirəm məni.
Məni unudasan deyə,
Həyatının əlvan rəngi qanım olsun!
Danım olsun bir gecədə bitirdiyin,
Canım olsun itirdiyin.
Ölüb getmək istəyirəm,
Məni unudasan deyə.
Saçlarından qara rəngi sökən əli,
Ümid üçün uzatdığın əllərini bükən əli,
Kəsib atmaq istəyirəm.
Məni unudasan deyə,
Yollarına düşən izim sızıldayır.
Torpağına çökən dizim sızıldayır.
Nə olarki, bir görəsən,
Dözmürəm, kədərinə odlanıram,
Ürəyim ağrıyır.
Ucalmağı istəyirəm,
Məni unudasan deyə,
Məni unudasan deyə.

 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.