Dünyanın qəmləri məni axtarır » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Şeirlər : Dünyanın qəmləri məni axtarır



Nə qədər üzünü yana tutsada
Boğub qəhərini gizli udsada
Məni can evimdən tükədən bilir
Sevincim ar edib bir an dursada
Dünyanın qəmləri məni axtarır

Yox, daha ürəkdən keçən arzular
Gör neçə ürəkdən uçub ayrılan,
Bu dəli könlümü seçən arzular
Özünü bu qədər yormasın neynim
Dünyanın qəmləri məni axtarır

Aramsız sakitcə damlayır ömür
Tükənən tarixlər yaddaşa dönür
Mənim də bir aləm dərd payım varmış,
Görür, ürəyimin nəm gözü görür.
Dünyanın qəmləri məni axtarır

Aparma sən məni! burax qoy gedim
İstəyirəmki, sənə bir yaxşılıq edim
Mən boyda dərdini ömründən götür
Sənə hər cümləmin başında dedim
Dünyanın qəmləri məni axtarır

İzn ver sol yanımı uçurum özüm
Qalmasın qeydimə! bu qəddar dözüm
Divanə qəsdinə dursun bir qələm
Onu hər qətrəylə ağlayır sözüm
Dünyanın qəmləri məni axtarır

 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.