Qəfəsdəyəm dost » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Şeirlər : Qəfəsdəyəm dost

Ömrün içində tükənməz ağrıları
Varlığıma zülm eyləyir,
Bu həyatın doğruları
Mən özümdə qocalmadan tükənmişəm
Almadığım son nəfəsdəyəm
Qəfəsdəyəm dost!...

Öz xəyalım, öz yurdumdayam.
Hərdən görsənir gözümə
Yalan dünya
Mənim üçün hələdə maraqsız, mənasız...
Qalan dünya
Hər addımda can yeriyir,
Mən susuram...
Hər gecə dinləyir məni
Yazıram, pozuram...
Arzularım qisas alır hədəfdəyəm
Qəfəsdəyəm dost!...

Taleyimi atdım yolun yarısında
Uşaqlıq, gənclik...
Əlimdə bütün şəkillərə
Hirsli, incik
Yarımçıq qaldı nə varsa
Əgər mümkün olsa
Dünyaya bir daha gəlmək istərəm
Mən! sevdiyim ömürdə ölmək istərəm
Bir imkansız həvəsdəyəm
Qəfəsdəyəm dost!...

Bezdim arzularımı görməkdən
Yaşamadan bilməkdən
Yumruqlanan divarları dinləməkdən
Yox olduğum yerlərdə bilinməkdən
Bezdim...
Sakit təbəssümüm səni aldatmasın
?stəmirəm anlatmasın.
Dərin baxsan, əks tərəfdəyəm
Qəfəsdəyəm dost!...
Qəfəsdəyəm...
 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.