Sən yox ikən » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Dəniz düşüncələr : Sən yox ikən

Sən yoxikən mən qızındım oduna sonsuz ümidlərin...Gözlərim dikildi həsrət qoxulu yazılarıma, sildim gözyaşını ağlayan ürəyimin...Baxdim qəmli-qəmli yarıqaranlıq otağıma və bir də səndən yazmaqdan bezməyən dəli varlığıma. Məni hər gecə ağlatdı həzin mahnıları,qəlbimi dağlayan səssiz fəryadıma. Sən yoxikən, mən düşündüm səni duyğularımın ən uca zirvəsində. Mən eşqin dənizində yelkənli bir qayıqda firtınaya düşdüm sənsiz… İtirdim sahilimi, duman oldu hər tərəf, yox oldum tənhalıqda, qaldım kimsəsiz. Sən yoxikən mən axtardım yaxınları,uzaqları, yalvararaq öpdüm ovuclarıma yağan yağışları...Küləklərə yalvardım əllərim olsun,oxşasın mənsiz qalan ipək saçlarını.

Sən yoxikən, məndə yox oldum.Yoxluğunda əridim mən,sən oldum. Həsrətin hər günündə yalan oldu yaşamağın. Sübhlərə əsir oldu bu dunyada olmağım. Yaşamaq, nəfəs almaq deyil gülüm,yasamadım mən, yoxluğunda nəfəs aldım.Bir nöqtəyə dikilib qalan, hər an səni xatirlayan, canlı-gözlu heykəl oldum mən...


Sənyoxikən... Pəncərədən baxdım yağışlara,məzar olan bu qoca şəhərə. Yalvardım bu şəhərə,söylə dedim, səni harda gizlədib, səni hansı küçəsində...Sən yoxikən...Bil ki, barışmadım acı taleyimlə, sevirəm səni,sənə heyran ürəyimlə…

 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.