Dəniz düşüncələr » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Dəniz düşüncələr : Sənin adın sevgiydi

Baharın həsrətini  kövrək qəlbimdə, soyuq rüzgarları əlimdə, sənə doğru ümid  ilə gələndə düşündüm... Qəm olacağam tənhalığa. Güldüm bir az.  Qarşıdakı yolları işıqlı gördüm və sən... gözlərimdən ürəyimə yağanda nə qədər sevmişdim payızı və onda, o həmin anda, ürək qəmi dananda... Sənin adın sevgiydi...

Yuxu kimi gəlmədi yuxu olan bu zaman...Bir an oldu demərəm
,bir gün oldu demərəm. Sən qədər ola bildi, sən qədər yaşadı və sən qədər yaşayacaq...Gecələr anlara dönüb gedəndə... ümid dolu qəlbimlə bu dünyaya güləndə...Hər yolda sən varsan, hər yolun sonu səndə... düşünəndə…
Sənin adın sevgiydi...



 
 Dəniz düşüncələr : Sonsuzam

Kim bilərdi sonu hicran, sonu qəm... Sonu sənsiz, sonu atəş, sonu mən. Bu həyatda qəmi görmək istəsən,sənsiz duyğuların qucağına ax, gözümdən od düşür sənsiz yollara. Alovuna, oduna, ocağına ax. Duyub ürəyinə yazacam səni.Ürəyin, gör neçə kədərin qıya bildi intizar yurduna məni.Boylanıb səmanın gözlərinə bax. Bulud söz deyəcək, çən söz deyəcək.Düşəcək  yadına, yenə onsuzam...Mən ki, unudulmadım, mən ki, sonsuzam.


 
 Dəniz düşüncələr : Getmə urəyi qəmli ...

Axı necə yaşayarsan sevgimdən ayrı?!  Getmə urəyi qəmli ... Baxışım gözünü qoruyacaqdı. Ağlasan kim silər gözündən yaşı? O kövrək, o həzin, o incə qəlbini axı kim sevgiylə doyuracaqdı... Getməürəyi qəmli, getmə... 


Saçlarına dən düşər əlim olmasa. Sözlərinə qəm düşər  axı, qəm düşər...Mənsiz kövrələcək səsin uzaqda. Çarəsiz baxışın oda düşəcək.  Xatirəm qəlbini dara çəkəcək, yada düşəcək. Getmə ürəyi qəmli, getmə. Geriyə yolları silər bu zaman...Aldadar könlünü yalançı güman.Getmə ürəyi qəmli, getmə. Həyatın yolları atəşdən keçir. Arzunu, Ümüdu ayrılıq bicir, getmə. İrəlidəki yollarda dayağın yoxdur. O zülmət, o tənha soyuq günlərdə qayğını çəkəcək oyağın yoxdur. Getməürəyi qəmli, getmə.....
Gülüşün sözümdə donub qalacaq. Sükutun yandırar bağrım basını, getmə ürəyi qəmli... Amandı, bu qismət hicran salacaq, getmə ürəyi qəmli... Gizlədir zamanin əlləri  səni, aparır həsrətin yelləri səni. Getmə...



 
 Dəniz düşüncələr : Danışacaqsan

Mən bilirəm biz görüşəcəyik səninlə... Mən baxacam yaxın qədər  uzaqdan. Sən danışacaqsan... O mənə danışdığın yanıb sönən, sənin üçün ötəri alışan ocaqdan... Bəlkə də illər boyu qəlbində olan sevgimə sədaqətin dil açacaq sözündə. Sən danışacaqsan... Mən baxacağam. Birdən hirsə dönəcək  hansısa gizli sözündə hecalı adım. Ucalacaq nitqindən bir gecə sənə yazdığım,səssizcə qəlbimdə fəqan edən o səssizcə fəryadım...


 
 Dəniz düşüncələr : Gəl, uzaq yolların duman xəyalı

Gəl, uzaq yolların duman xəyalı, bir anlıq, gözümdən yol eylə barı. Sən zirvə bildiyim duyğu dağının qəlbini üşüdən bivəfa qarı, gəl.


Həsrətin gözündə sevinc yaşısan, sən mənim qəlbimdə dərin intizar olmuşümidlərin məzar daşısan, gəl. Əcəldən gen düşən həsrətli olum, gəl, al canımı.


Könlümü ağladan sözlərə dönmə. Gəl,gir könlümə, can verən ruhumu,ölümü görmə, gəl.


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.