Sənin adın sevgiydi » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Dəniz düşüncələr : Sənin adın sevgiydi

Baharın həsrətini  kövrək qəlbimdə, soyuq rüzgarları əlimdə, sənə doğru ümid  ilə gələndə düşündüm... Qəm olacağam tənhalığa. Güldüm bir az.  Qarşıdakı yolları işıqlı gördüm və sən... gözlərimdən ürəyimə yağanda nə qədər sevmişdim payızı və onda, o həmin anda, ürək qəmi dananda... Sənin adın sevgiydi...

Yuxu kimi gəlmədi yuxu olan bu zaman...Bir an oldu demərəm
,bir gün oldu demərəm. Sən qədər ola bildi, sən qədər yaşadı və sən qədər yaşayacaq...Gecələr anlara dönüb gedəndə... ümid dolu qəlbimlə bu dünyaya güləndə...Hər yolda sən varsan, hər yolun sonu səndə... düşünəndə…
Sənin adın sevgiydi...

Sevginin gücü dağdı.Dağ bilmişdim özümü.
Ürəyim yenilməzdi heç bir kəsin sözünə. İnciməzdim kimsədən, küsməzdim belə.Sən vermişdin konlümə, bax, bu qədər dözümü.Dağ bilmişdim özümü...Dağ bilmişdim özümü...O dağın baharında.Sənin adın sevgiydi.

İndi bu günlərim qəmlərin kölgəsində, ürəyimdə qurduğum o sevdanın ölkəsində...Düşündüyüm sən...Bax, nə qədər qəmin qalır məndə...İndi min dərddə min cür adın var...Uzaqda bir yaxın yadın var, unutma! 
Sənin adın sevgiydi... 


 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.