Gəl, uzaq yolların duman xəyalı » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Dəniz düşüncələr : Gəl, uzaq yolların duman xəyalı

Gəl, uzaq yolların duman xəyalı, bir anlıq, gözümdən yol eylə barı. Sən zirvə bildiyim duyğu dağının qəlbini üşüdən bivəfa qarı, gəl.


Həsrətin gözündə sevinc yaşısan, sən mənim qəlbimdə dərin intizar olmuşümidlərin məzar daşısan, gəl. Əcəldən gen düşən həsrətli olum, gəl, al canımı.


Könlümü ağladan sözlərə dönmə. Gəl,gir könlümə, can verən ruhumu,ölümü görmə, gəl.


Gəl uzaq yolların duman xəyalı, güman xəyalı. Getdin köksümdən qopan nidalı ah kimi, günah kimi, zülmətin gözündə itən sabah kimi. İndi gəl, mən azad dünyada necə yaşaram, necə? Özündən bir qala qur, özündən qəsr. Qalsın zindanında bu dəli ruhum, neçə qərinə neçə əsr.   Gəl, səndən alışmayan közlərim olsun. Nəfəsin dəyməyən düzlərim olsun, yerlərdə taqətsiz dizlərim olsun. Bir ana qul olum, bir ana ağa. Sənli zülümlərim dönsün ürəyimdə dağa. Xəzanı sovrulan bu gənclik bagına gəl, sən, gəl.
Gəl uzaq yolların duman xeyalı.Gözümdən ömrümə yol eylə.Bəsdi,  bu, mənə bəsdi. Mən sənsiz günləri qətlə yetirdim. Öldürdüm günahı düşmən kimi. Tükətdim günəşi səhərlərimdə. Nuru bitirdim, qətlə yetirdim. Ümüd məzarına çəpər əllərim, gözümdə yaraıi dəli sevgiyə sipər əllərim. Gəl, küskün qismətdə bir anlıq yaşa, gəl, sənli həsrətdə bir anlıq yaşa. Anla bu taleyə nələr  etmisən, bir ömür yaşadır bir donuq halın. Sən də, sən də gizlənib, sən də getmisən.


Gəl, uzaq yolların duman xəyalı.Yolunda gözlərim rəssamın oldu. Çəkdi səmaların kövrək üzünə şirin təbəssümünü. Gəl, şəkillərini topla, topla gəl. Bir dünya xatirə istəmədim mən. Bir dünya sən istəmədim mən,  hər anında sən olan, hər anı səni xatirlayan. Mən səni istədim, bu dünya içində bir təkcə səni. Birdə səndən gələn hər sevinci, hər şirin qəmi.


Gəl, uzaq yolların duman xəyalı. Hər gecə, hər gündüz görünüb itmə. İstəmirəm günəşi, istəmirəm nuru. Ey çisgin, ey duman, nə olar, bitmə. Gəl, qurtar nitqimi bu  gəl sözündən. Əksinə, bir ruh ver qəmli gözündən.  Bir bax, elə baxki, hər izinə bir gəldim söylə, mən varam söylə, ya da sus. Hər anım satqındır,hər anım casus. Gizlən qismətimin zalım əlindən.  Görün, baxışlarımdan hördüyüm sevgiyə bürün, gəl. Yox, danış,sən ey sənsiz illərə məhkum qismətim, artıq barış. Candan ayrı canım gəldi deyim,yaşamaq üçün yaşadığım anım gəldi deyim.


Gəl, uzaq yolların duman xəyalı. Saçında bəyaza dönməsin illər. Səni səbəbkar, səni günahkar bilməsin illər. Gəl, gətir illərinin qarını mənə.  Birdə məndən apardığın bu dəli ruhumun yarını gətir mənə. Gəl,yolların səssizliyi yormasın səni, sən gedən yolların yox özgə halı. Yox ayrı dünyası, yox bir xəyalı. Çağır,həsrətin qaçsın,gözünə və önünə dik bax. Bir də bağır adımı, bağır.İstərəm bir dəfə ağlasın həsrət, gülsün məhəbbət, gülsün səadət. Səndən dilədiyim, səndən umduğum budur nəhayət.

 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.