Sonsuzam » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Dəniz düşüncələr : Sonsuzam

 

Kim bilərdi sonu hicran, sonu qəm... Sonu sənsiz, sonu atəş, sonu mən. Bu həyatda qəmi görmək istəsən,sənsiz duyğuların qucağına ax, gözümdən od düşür sənsiz yollara. Alovuna, oduna, ocağına ax. Duyub ürəyinə yazacam səni.Ürəyin, gör neçə kədərin qıya bildi intizar yurduna məni.Boylanıb səmanın gözlərinə bax. Bulud söz deyəcək, çən söz deyəcək.Düşəcək  yadına, yenə onsuzam...Mən ki, unudulmadım, mən ki, sonsuzam.


Bir gecə yaşadın, bir gecə öldün. Bir gecə susmuşdun, gözlərin goyə baxırdı. Bir gecə çarəsiz geriyə döndun. Ömürlük yaşamaq istəmişdin sən. Ömürlük var olmaq haqqınmı vardı? Qəlbində məni yox, yalanları bəsləmişdin sən... Dolanıb hərdən bir sözümün sehrinə düşməyin də var.  Ehh... sənə nə var ki, yalandan, doğrudan, min dəfə yaranıb ölməyin də var... Addımım yox, izim yox. Cığırsızam, yolsuzam. Bilirsən ki, sonsuzam.
Qanad çaldı, sinə gərdi,gah yıxıldı asimandan, gah uçdu. Yadigarım olmuş idi arzular. Xəbər gəldi həsrətinlə bircə parça. Mənsiz xəzan ola-ola solmuşdu arzular. Geriyə boylanıb gözumə baxma. Ürəyimdən elə talanmışamki, sən məndə görünən dözümə baxma. Ağlaram axı...Gozümün qorunda yanar baharın. Mən elə fəryadam, mən elə qəməm. O qaya qəlbini dağlaram axı... Mənim sözüm uçuracaq qəlbini cisminin qəfəsindən. Mən isə usandım, mən isə bezdim bu yaşamaq həvəsindən. Qanadsızam, qolsuzam... Sözlərimdə sonsuzam…


Ayrılıq gətirdin özünləmənə. Ayrılıq adında bəxşişin qalır. Kədərin gözlərdə leysan olacaq. Sən ölüm qazanıb bir gün öləndə ağlayan olacaq,ən azı məntək... Mən isə özümdə çoxdan ölmüşəm. Kəfənsizəm, gorsuzam.Divanə eşqimlə hər an sonsuzam! 

 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.