Deyirdin » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Dəniz düşüncələr : Deyirdin

Deyirdin gələcəyəm sənin ömrünə,  baharı coşduran həzin yel kimi. Qəlbini odlayacam, sözlərdə boğulub, sözlərlə çağlayacağam. Bəzən gülüb həyatın qəm üzünə, bəzən sevinci duyub ağlayacağam. Günləri tükədib, səhərlər açacam deyirdin... Həsrəti ağladacağam sızlayan tel kimi. Qəmlərin saçın yolacaq... Gözündə silinməz bir sevda qalacaq sənin deyirdin... Sözünü bir nəğmə biləcək könül. Deyirdin hər gecə, hər gündüz  sənin yanında güləcək könül. Sevəcək deyirdin sevgini. Ümman biləcəyəm ömürlük bir qəmi. Bir an biləcəyəm...Yaşayacağam sevginin zirvələrində,ən incə,ən gözəl düşüncələrində.


Deyirdin kamanın, tarın olacağam...Səndən ayrılmayan sevən yarın olacağam. Nəfəsində başlayacaq bir ömür. Tükəndi dedikdə tükənəcəyəm mən.Səni uca dağ bilib, səni zirvə bilib sevgində yaşayıb, sevgində gizlənəcəyəm mən... Deyirdin mən səni öyrənəcəyəm həyatın xoşbəxtlik kitabı kimi. Mən səni ömrümə ənam biləcəyəm. Allahdan dilənən ömür savabı kimi səndə axtaracağam suallarımı, tapılmayan bir sevgi cavabı kimi... Deyirdin.


Deyirdin bəxtinə çıraq olacam, qaranlıq dunyana işıq saçacam... Mən günəş bilib səni, sənə qaçacam.Gecənin gözlənən sabahı kimi. Deyirdin...

 

Deyirdin könlündə alışan ocaq olacam ,qızınacaq o yetim divanə könlün  məndə... Şaxtalı çovğunda buz tutmuş ömrün məndə deyirdin...
Deyirdin səmalar ağlamayacaq. Deyirdin kövrələn buludu ovudacam...Sözlərinin dənizini sovuracam. Deyirdin baharın, yazın olacam… Mən tutulmuş nitqində şirin avazın olacam deyirdin…


Nələr deyirdin sən, nələr, nələr... Dediklərin indi qatil, acı xatirələr... İndi mənim yadımda özün boyda kədərsən... Bilirəmki, sən mənə  təkcə qəm gətirəcəksən... Bilirəm ki, sən məni tükədib bitirəcəksən... Deyirdim sevgiyəm mən... İndi anladım mən, indi duydum ki, bir dəli sevgiyə məzaram,bir ömrün qəm səsiyəm…

 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.