Səni unutmadım » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Dəniz düşüncələr : Səni unutmadım

Gözümdən başladı getdiyin yollar... Bir ayrı sevdanın astanasındadı.... Mən səni sevmişəm yaşar duyğular....Əcəli söykənib qapısındadı... Gözümdən bir cığır sən çəkə bildin... Kölgətək dumanda sən itə bildin.... Amma unutdun ki, cismindən ayrı səni öz köksündə daşıyanda var. Bir ömrü məhv edib həsrət odunda, sənin yoxluğunda yaşayanda var...


Səni unutmadım,  gətirdin payızı ürəyimə sən. İndi düşün, indi diqqət eylə. Gərəksən mənə sən. Səni, səni unutmadım... Bir gecə oturdum sözünü  yazdım. Bir sabah o nazlı gözünü  yazdım. Hərdən elə darıxdim ki, elə etinasız özünü yazdım. Səni unutmadım. Hər anın özündə düşündüm səni. Sandimki, gələcəksən  gecələr. Ümüdlərlə verib baş-başa düşündüm ki, sən mənə dönəcəksən...


Səni unutmadım.Unutmaq sevginin özündə olmur.

 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.