İstəmirəm xatirində yaşayım » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Dəniz düşüncələr : İstəmirəm xatirində yaşayım

İstəmirəm xatirində yaşayım, yaddaşın ömürlük kədər olmasın. Qalacaqsan yaddaşımda tunc heykəl kimi. Mən isə istəmirəm xatirində yaşayım. Kədərin gözündə qalmasın. Gözlərinə kölgə kimi qəm düşməsin,  məni yaşamasın, məni duymasın. Ya qismət, ya ömürdən  küsüb gedəcək, ya da ki, mən sənsiz olmayacam heç zaman. Sən bir heykəl olacaqsan,  yaddaşımda tunc heykəl. Mən isə istəmirəm xatirində yaşayım.  Kədərin gözündə boylanım, baxım. İstəmirəm hər gun gecə gizlicə gözlərindən axım.İstəmirəm xatirində yaşayım. Bir anlıq sevinci tapmaq çətindi. Mən isə ömürlük qüssəyəm, qəməm. Cavanlıq deyirsən,cavanlıq yaşa. Mən isə inan, yaşaya bilmirəm. Taleyin əlindən qaçıb gedəcəyəm, sənə bu dünyanı sevinc edəcəyəm.


İstəmirəm xatirində yaşayım. Nə mənim haqqım var, nə sən istə. Mən sonu kədərli yuxu kimiyəm, bəlkə də adiyəm, adidən adi. Vəfasız, insafsız çoxu kimiyəm.

İstəmirəm xatirində yaşayım. Bir ömrün qisməti deyilsə sevgi, onu  yaşamağın kədəriyəm. Mən bu sonsuz duyğuların viran etdiyi divanə qisməti qədəriyəm. İstəmirəm xatirində yaşayım. Nə sənin gözlərin dənizlə dolsun, nə mənim məskənim sahil olsun.Yaddaşın unutsun mənli günləri, xatırlamasın.
İstəmirəm xatirində yaşayım.  Arzular yolunda Ümüdla yaşa. Bir Ümüd yaratmaq istədim səndən. Min arzu öldürüb sən gedə  bildin. 

İstəmirəm xatirində yaşayım. Sən mənə kədərsən söyləyə bildin, deyə bildin. Mən o yaddaşdan küsmüşəm axı. Bu incik qəlbimi qaytarmaq çətin. Bir duyğu qoynunda ölmüşəm axı. Bu ruhsuz yaddaşı yaşatmaq çətin. İstəmirəm xatirində yaşayım, istəmirəm.


 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.