Çağır məni, səslə, gəlim » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Dəniz düşüncələr : Çağır məni, səslə, gəlim

Cağır məni, səslə gəlim. İllərin qoynunda azıb qalmışam. Səni gündüz-gecə sətirlərə, şeirlərə yazıb qalmışam. Oduna möhtac pərvanə kimi, bir dəli duyğulu divanə kimi. Cağır məni, səslə gəlim. Şaxtalı,çovğunlu yollara inad, məni səndən ayıran o zülümkar əllərə, qollara inad. Cağır məni, səslə, gəlim. Səmaların o kövrələn zamanıyam. Ömür bitir daha, sevda gümanıyam,çağır məni. Geridə qoyduğum o günlərə üsyan edəcəyəm. Nəyim varsa, bu zamana ənam verəcəyəm. Sənə gələcəyəm, sənə dönəcəyəm, cağır məni, səslə, gəlim.

Elə bir anam ki, zamanın gözündə qarşıdakı yollara küskün kimiyəm. Məhv olmuş arzuların qoynunda bir ömür tarixi həsrət qəmiyəm. Çağır məni, səslə, gəlim. Saçımda illərin qar bəyazıyla buz tutmuş ümüdlar şaxtası qəm ayazıyla sanma ki, isidib ruhumu özgə bir qəlbdə.  Axtardım eşqini yad bir ürəkdə. De, hansıürəyə qonag olaram?! Gözümdə, üzümdə,ürəyimdə sən.  Mən sənsiz şaxtalı çovğun kimiyəm. De, hansı ürəyə  ocag olaram?!...Çağır  məni, səslə gəlim. İllərin içində  itirib getdin.İndi qaytar məni.  Məni qərib edən günahkar kimi. Bu eşqi yollarda ağladıb gedən o zalım ürəkli səbəbkar kimi səslə məni, çağır, gəlim.

Çağır məni, səslə, gəlim, gözlərindən itgin düşən baxış məndədi. O bəzək məndədi, naxış məndədi. Çağır məni, səslə, gəlim. Qismətdən gizlənib səssiz gələcəyəm. Mənə bağışladığın o kədərdən ayrılıb qəmsiz gələcəyəm. İynənin ucu boyda işıq olsun səsin. Həsrətin tikdiyi dəmir məhbəsin arasından xəyal kimi, röya kimi çağır məni, səslə, gəlim. Ömürdə, qismətdə yerim yox mənim. Mən sənli ömürə yol eyləmişəm,hər gün gizlicə öz-özümə çox söyləmişəm, çağır məni, səslə, gəlim.

 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.