Məhəbbət şerləri » Səhifə 13 » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Məhəbbət şerləri : ***



Sevərəmmi? səndən ayrı sabahları
Çox viranə qoydun zalım, baharları
Daha getdin... seçdin uzaq diyarları
Mən özgəyə bağlanmazdım sən bağlandın

Yaşadıqca duyacaqsan bu qürbətin
Gecə gündüz çəkdi ürək hər möhnətin
Peşimanım! özün seçən bir qismətin
Yarısında ağlamazdım sən ağladın


 
 Məhəbbət şerləri : Daha gəlmə? daha gəlmə!


Sən gedəli susub mənim
Gözlərimin eşq harayı
Həsrətindir ara sıra
Yada düşən bir qağayı
Çırpınıram sahilində
Daha gəlmə? daha gəlmə!

Əllərimdə soyuq külək
Saçlarımda sənin izin
Öldü daha arzu dilək
Çoxdu dərdi bu dənizin
Zülmətinə heç ələnmə
Daha gəlmə? daha gəlmə!

Otağımda yuxum yatır
Mənim isə röyalarım
Gözlərimdə kama çatır
Biz ki, ayrı dünyaların
İnsanıyıq bilə bilə
Daha gəlmə? daha gəlmə!

 
 Məhəbbət şerləri : ***




Uzandıqca tükənməyən yollar mənəm
Bir fikirəm bir ürəyəm bir qəm baxış
Küləklərdən söz göndərmə, ün yetirmə
Saçındakı yağış mənəm naxış naxış

Düşündükcə ürəyindən keçər özüm
Kövrəlirsən... ağlayıram zülüm zülüm
Sən bu ömrün o tayında bir ömürsən
Keçir illər gələcəyəm səndə ölüm



 
 Məhəbbət şerləri : Ürəyimin proqnozu



Hava buludludur kövrəlib göyü
Bu gün yağış yağacaq yamacına çölünə
Titrəyəcək sənsiz...
Yol boyu sıralı agacların qolu budağı,
Küləkli günlərdən qoru özünü
Bu gün müsbət "iki"-dir ümüdlərin ocağı
Xəyalın yuxular seyrinə çixsa
De ki...
Çətirə sığınıb baxsın dənizə


 
 Məhəbbət şerləri : ***




Yollara yol deyib necə səslənim?!
Sən adlı ünvana yox bircə cığır...
Zamana sınacaq deyilki ürək,
Yığır taleyimdən günləri yığır

Qaranlıq! hər ümüd sonu qaranlıq!
Qar kimi əriyən ömrü bir anlıq
Nə qədər üzüldü qopmadı ürək
Niyə uzaq düşdük uzaq yarandıq...


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.