Məhəbbət şerləri » Səhifə 17 » Divanə Dünyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Məhəbbət şerləri : ***


Bu ahımı qiymamışdım o dağlara
Hər kim bildi qıyıb çəkdi dara məni
Əzəlindən xətalıdır bu qismətim
Bilməmişdi o da rəva yara məni

Qınaqlardan qorxub əhdi dana bildi
Yandı ürək bu ayrılıq xəbərindən
Düşündükcə günahkaram sana bildi
Bəxtim kimi o gözləri qara məni

 
 Məhəbbət şerləri : Bilmez oldu ürəyimin qədrini


Bu həsrətə yenilmişdi sonunda
Seven qəlbin cox qırmışdı xətrini
Mən ki, ona nələr yazdım ürəkdən
Bilməz oldu ürəyimin qədrini

Yalan oldu o ayrılıq günündə
Sevinciydi yollarında ölüm də
Kədərinin sipəriydi önündə
Bilməz oldu ürəyimin qədrini


 
 Məhəbbət şerləri : Uğurlar olsun!


Hər sözün sonunda bəsdir qorxduğum,
Tükənən taqətim uğurlar olsun!
Bir sənin gözündə sevincim yetər
Əyilsin qamətim, uğurlar olsun!

Sözündə həsrətin dindi nə deyim
Qəlbinin hökmünə indi nə deyim
Bir məni günahkar bildi nə deyim
Dövlətim sərvətim uğurlar olsun!


 
 Məhəbbət şerləri : mavi gozlu intizarim



Uzaq dusur her kes mene
burundukce qusse qeme
geldim deyim tekce sene
sen sebirli son qerarim
mavi gozlu intizarim

Ilqarindan dilek donur
uz cevirir urek donur
o sevdiyim cicek donur
solur gedir yaz baharim
mavi gozlu intizarim


 
 Məhəbbət şerləri : Senin tebib ellerin


Ureyime can odur gizledecek ozunde
Kederini qovacaq senin tebib ellerin
Uzu donse omrumun zulmet olan gozumde
Bir nur kimi yanacaq senin tebib ellerin

Yaddasimin tarixi torpaqlara belense
Bir gun erse cekilib leysanlardan elense
Sozum menim ozumdur her ebedi sozumun
Xatirinde qalacaq senin tebib ellerin



 
 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.