Divanə Dünyası » Səhifə 80
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Məhəbbət şerləri : O bilmeyecek

Onu mahnılarda axtarmışam mən
Qəmli anlarımı o bilməyəcək
Onu şeirlərdə yaşatmışam mən
Nə acı duyğudur o bilməyəcək

Payız yağışında islandığımı
Mən yalnız onun üçün yarandığımı
Öz gözümə belə qısqandığımı
Hardan biləcək ki, o bilməyəcək


 
 Məhəbbət şerləri : Qayit

Çökdü gözlərinin rəngi ömrümə
Gözlərində itən gözümlə qayıt
Bu payız nəfəsli soyuq günümə
Məndən apardığın dözümlə qayıt


 
 Məhəbbət şerləri : Sən getdiyin zaman

Ürək dinmədi sən getdiyin zaman
Oldu gözümdə hər arzu istək
Bahar gəlmədi sən getdiyin zaman
Soldu qəlbimdə hər gül hər çiçək

Sən elə gəlmişdin sən belə getdin
Gələndə sevincdin gedəndə qəmdin
Ömrümə yazılan yeni bir sətir
Könlümdə qalan da yenə də səndin


 
 Məhəbbət şerləri : Bəxşişin bir sevgi məhəbbət olsun

Ərisin qəlbinin soyuq buzları
Bəxşişin bir sevgi məhəbbət olsun
Yaxin et sevginlə o uzaqları
Bəxşişin bir sevgi məhəbbət olsun

Yuxuna mən gəlim gecələr sənin
Toxunsun əlimə sənin əllərin
Hər dəfə bir bayram mənə gəlməyin
Bəxşişin bir sevgi məhəbbət olsun



 
 Məhəbbət şerləri : ele oyretmisen ozune meni

Elə öyrətmisən özünə məni
Sənsiz bu dünyanı qara görürəm
Elə öyrətmisən özünə məni
Səninlə özüməm mənə dönürəm

Sən ayrı yerdəsən mən ayrı yerdə
İndi yoxluğuna dözmür urək də
Elə öyrətmisən özünə məni
Sənsiz bu həyat olmur gərək də



 
 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.