Divanə Dünyası » Səhifə 81
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Məhəbbət şerləri : Gunahı səndə


Bu esqi taladiq viran etdik biz
gunahi hem sende hemdeki mende
deyirem zalimdir bizim qelbimiz
gunahi hem sende hemdeki mende

ne dedik danisdiq ayrildiq bele
cetinki dunyaya bax bu aleme
bele tukenmeyen bir sevgi gele
Gunahi hem sende hemdeki mende

daha danismirsan sozun qurtarib
xatireler seni senden qoparib
bilki cagirmaram seni qaytarib
gunahi hem sende hemdeki mende


 
 Məhəbbət şerləri : Olmayacaq

Şeirimi oxuyub ağlasan bil ki,
Günahkar tək mənəm söz olmayacaq
Baxışlar itirsə ünvanı yeri
Günahkar tək mənəm göz olmayacaq

Gözlərin kövrəlib buludtək dolsa
Qəlbində çağlasan tufanlar qopsa
İsladıb yanağı damlalar axsa
Günahkar tək mənəm üz olmayacaq


 
 Məhəbbət şerləri : *** *** *** ***

Mən dənizəm, köksüm üstə dalğalar,   
Qəmlənəndə qayalardı həmdəmim.   
Mən Günəşəm, önümdə göy buludlar,    
Qızındırar bu torpağı atəşim.   



 
 Məhəbbət şerləri : Məhəbbət zirvəsi

Qəlbimdə ucalan qoca bir dağın
Göylərə dirənmiş uca zirvəsi
Məhəbbət çiçəkli doğma bir bağın
Ən şirin ən lətif dadlı meyvəsi

Mən bu zirvəyə çata bilmədim
Buz kəsdi yorulan ayaqlarımı
Men elə yerimdə ölmək istədim
Yeter ki, enməyim yoxuşlarını



 
 Məhəbbət şerləri : Mən elə bilirdim

 Mən elə bilirdim mən yaz olanda,  
 Sən çiçək ömrünü bəxş edəcəksən.  
 Mən elə bilirdim mən saz olanda,  
 Mizrabtək simlərdə izləyəcəksən.  


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.