Divanə Dünyası » Səhifə 21
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Dəniz düşüncələr : Getmə urəyi qəmli ...

Axı necə yaşayarsan sevgimdən ayrı?!  Getmə urəyi qəmli ... Baxışım gözünü qoruyacaqdı. Ağlasan kim silər gözündən yaşı? O kövrək, o həzin, o incə qəlbini axı kim sevgiylə doyuracaqdı... Getməürəyi qəmli, getmə... 


Saçlarına dən düşər əlim olmasa. Sözlərinə qəm düşər  axı, qəm düşər...Mənsiz kövrələcək səsin uzaqda. Çarəsiz baxışın oda düşəcək.  Xatirəm qəlbini dara çəkəcək, yada düşəcək. Getmə ürəyi qəmli, getmə. Geriyə yolları silər bu zaman...Aldadar könlünü yalançı güman.Getmə ürəyi qəmli, getmə. Həyatın yolları atəşdən keçir. Arzunu, Ümüdu ayrılıq bicir, getmə. İrəlidəki yollarda dayağın yoxdur. O zülmət, o tənha soyuq günlərdə qayğını çəkəcək oyağın yoxdur. Getməürəyi qəmli, getmə.....
Gülüşün sözümdə donub qalacaq. Sükutun yandırar bağrım basını, getmə ürəyi qəmli... Amandı, bu qismət hicran salacaq, getmə ürəyi qəmli... Gizlədir zamanin əlləri  səni, aparır həsrətin yelləri səni. Getmə...



 
 Dəli duyğular : Sənə nəsihətim

Ağlama...
Onsuzda gözündə min bir bəla var.Gah yağır ömrümun hər bir gününə, gah dara çəkir məni... Sən sevə bilmirsən qəmini belə, hec bilə bilməzsən nədir mübtəla. Nədir hər anında boğa bildiyin bu dəli sevgimin acı göz yaşı... Sözümdən sözümə... Gözündən gözümə hər sıçrayışı...


Yalvarma....
Qınasa bir ömür insafı səni... Adiləş. Sakit gecələrin gözünə dik bax. Sən də fikirləş de, nəyi qazanıb, nəyi itirə bildin? Mən getdim, izim də,tozum da itdi...Baharmı gözlədin zalım ömürdən,de, hansı baharı gətirə bildin? Coşub şəkillərə divan eyləmə... Sən viran eyləmə, viran eyləmə…


 
 Dəli duyğular : o son gece...


O son gece... qara zulmet qelemiyle... o son gece tarix yazdi ote ote kece kece o son gece...Vefasiz dunya, zalim heyat etibarsiz gozlerim son ani tuta bilmedi...son defe honkurdu agladi urek dinmedi, o son gece ele yaxin olduki ureyime toxundu...Nece ildi qelbimde zirve deyib olduyum dileyime toxundu...O son gece
yagisina qacdim men mezlum yaziq aglayan baxisina qacdim men...kaski geri baxmazdim men bu baxisimla umudun mezarina, arzunun yaxasina vida gulu taxmazdim.............Agladiqca guldu hesret.... sesinden sedasindan qelbime bir ses dusdu. Ayil sonsuz yuxudan bu ayriliq oduna her kes dusdu...Sen ayrildin geriye ,baxmayib gede bildin izlerini ope ope yolunda dayanmadan bagirdi bu duygular axi niye duymadin el uzadib uzaqdan cagirdi bu duygular ... Meni qeme yazmisan ne deyimki haqqindir.... en zalimi men oldum hesretinin her gece ureyine yazmisam mene zulum eyleyen qelbimin o tapilmaz gereyine yazmisam...O son gece seherin isigi kimi sondu menim her gunum ne qeder yarali surunmusem omur yolunda, ne edimki elime catmadi bu olum


 
 Şeirlər : Ürək


Ağlasan qəmlərin kiçilməz itməz
Özün öz içindən yanarsan ürək!
Necə yalanlara tuş gəldim demə
Yaxşılar qədrini qanarsan ürək!

Gecələr yuxumu çəkdin göylərə
Yandın ocaq kimi yandın od kimi
İllərim saçımda dönər dənlərə
Cavanlıq əhdini danarsan ürək!


 
 Şeirlər : Insanin


Bu dunyaya goz acanda duymadim
Ne zulumler ceker basi insanin
Yurdu ucar xanimani dagilar
Das ustunde qalmaz dasi insanin

Kimin sonu, kimin xosdu ezeli
Kim mecnundu kimi eller gozeli
Iller olur omrumuzun xezeli
Mezarina yoldu yasi insanin


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.