Divanə Dünyası » Səhifə 17
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Məhəbbət şerləri : Mənim əsl sevgilim



Sevən ürəyimə gülümsəyən göz
O yanan günəştək sönə bilərsən
Bir gecə beynimdən havalar keçsə
Kiçilib aciztək ölə bilərsən
Mənim əsl sevgilim
Qaranlıq künclərin qəmində gizli
Saralmış vərəqlər üstündə bilsən
Adı min yerdən qırmızı izli
Onun hər tərəfdən baxışı baxır
Axır, ürəyimə həsrəti axır



 
 Məhəbbət şerləri : Özgə ürək!



Sevgi üçün zirvəsindən aşan günəm
Daha birdə yanılmaram özgə ürək!
Yüz min ümüd hücum çəksə ürəyimə
Biləsənki alınmaram özgə ürək!

Ömür nədir? məhəbbətsiz düşün, düşün...
Necə məni oda atdı özü bütün,
Həm özü də yaşadacaq hər keçən gün
Unutmaz ki, danılmaram özgə ürək!


 
 Dəniz düşüncələr : Sənin adın sevgiydi

Baharın həsrətini  kövrək qəlbimdə, soyuq rüzgarları əlimdə, sənə doğru ümid  ilə gələndə düşündüm... Qəm olacağam tənhalığa. Güldüm bir az.  Qarşıdakı yolları işıqlı gördüm və sən... gözlərimdən ürəyimə yağanda nə qədər sevmişdim payızı və onda, o həmin anda, ürək qəmi dananda... Sənin adın sevgiydi...

Yuxu kimi gəlmədi yuxu olan bu zaman...Bir an oldu demərəm
,bir gün oldu demərəm. Sən qədər ola bildi, sən qədər yaşadı və sən qədər yaşayacaq...Gecələr anlara dönüb gedəndə... ümid dolu qəlbimlə bu dünyaya güləndə...Hər yolda sən varsan, hər yolun sonu səndə... düşünəndə…
Sənin adın sevgiydi...



 
 Məhəbbət şerləri : Ən gözəl qəmim





Yıxılıb qalxmağa öyrənib ömür
Zəfəri ümüddən iraq görmüşəm
Ehh...Daha bundan da, o tərəfə nə?
Mən səni sevmişəm özüm bilmişəm
Sən mənim gərəyim, ömür həmdəmim
Həm qüssəm,
Həm dərdim,
Ən gözəl qəmim!


Sən də bilirsənki bu həsrət mənim
Viranə bəxtimin əcəl günüdür...
Səni yandırmağa gəlmədi əlim
Çırıb ürəyimə səpmək də olmur
Yığıb sətirlərə düzür qələmim
Məbədim!
Məhvərim!
Ən gözəl qəmim!


 
 Məhəbbət şerləri : Xəyalım


Ləçəklər sehrinə bürünər səhər
Meh olub köksünə düşər Xəyalım
Nitqimi küləklər ərz eyləməsin
Bir incik baxışla süzər Xəyalım


Vəsfini bu gecə bir ürək deyir
Namələr üstündə titrəyir əli
Çiçəklər ətrindən lətafət geyir
Dil açıb sözlərdə dinər Xəyalım


O bahar vaxtının təravətidir
Bir ömür bəxşişi səadətidir
Səxavət məhəbbət xoş adətidir
Laləzar günlərdən gülər Xəyalım


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.