Divanə Dünyası » Səhifə 30
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Videolar
 
 
Rəsmi Səhifə
 
 
 
 
 



 Dəniz düşüncələr : Danışacaqsan

Mən bilirəm biz görüşəcəyik səninlə... Mən baxacam yaxın qədər  uzaqdan. Sən danışacaqsan... O mənə danışdığın yanıb sönən, sənin üçün ötəri alışan ocaqdan... Bəlkə də illər boyu qəlbində olan sevgimə sədaqətin dil açacaq sözündə. Sən danışacaqsan... Mən baxacağam. Birdən hirsə dönəcək  hansısa gizli sözündə hecalı adım. Ucalacaq nitqindən bir gecə sənə yazdığım,səssizcə qəlbimdə fəqan edən o səssizcə fəryadım...


 
 Dəniz düşüncələr : Gəl, uzaq yolların duman xəyalı

Gəl, uzaq yolların duman xəyalı, bir anlıq, gözümdən yol eylə barı. Sən zirvə bildiyim duyğu dağının qəlbini üşüdən bivəfa qarı, gəl.


Həsrətin gözündə sevinc yaşısan, sən mənim qəlbimdə dərin intizar olmuşümidlərin məzar daşısan, gəl. Əcəldən gen düşən həsrətli olum, gəl, al canımı.


Könlümü ağladan sözlərə dönmə. Gəl,gir könlümə, can verən ruhumu,ölümü görmə, gəl.


 
 Məhəbbət şerləri : Mən içimdən qaçıram.


Mən içimdən qaçıram.
Sən qaranlıqdan
Səni gecənin tünd rəngi salır təşvişə
Mən...
Mən isə kədərin də qüssənin də
İsıqlı sabahlarından qorxmuşam həmişə
Çəkilirəm, itirəm.
Mən səbrimin zülmətində
Dözürəm ayrılıqlara
Sıgınıb qaranlıqlara...
Mən içimdən qaçıram


 
 Məhəbbət şerləri : Seni menim kimi sevenin hani?!


Ureyin axtarib gezerse meni
Bolusmek istese qelbin bu qemi
Bil seni gozleyir urek hemdemi
Demensiz can verib olenin hani?!
Seni menim kimi sevenin hani?!

Sevgimden ucaldin uca dag oldun
Cox bahar tukenib sen yarpaq oldun
Oteri duyguda ses sorag oldun
Sen menim zirvemsen deyenin hani?
Seni menim kimi sevenin hani?!


 
 Məhəbbət şerləri : Senin gozlerinde dara dusurem... Yagisa dusurem qara dusurem



Niye yuxularda gulmeyir uzun
Batir ureyime her aci sozun
Ele uzaqlara baxirki gozun
Senin gozlerinde dara dusurem
Yagisa dusurem qara dusurem

An gelir an otur an olur her gun
Ecelsiz yolunda can olur her gun
Inan zulmet olur dan olur her gun
Senin gozlerinde dara dusurem
Yagisa dusurem qara dusurem

 
 

 
Divanə

Ürəyimdə bir dəniz var... Söz dənizi... Sahilində susub qalar bu həyat
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Copyright / 2009-2026 Bütün hüquqları qorunur.