Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
 
 


 Məhəbbət şerləri : Bildi... Ürək bildi...

Yıxdın bu dünyanı başıma mənim
Nəfəsim qəhərin dadını bildi
Xəyalın özündən doğmaydı mənə
Ürək doğmasını yadını bildi

Dürr kimi düzülən günlər dağıldı
Qopdu qismətimin qəm yaxasından
İndi ürək deyil, yanan ağıldı
Dərdini, eşqini, adını bildi

 
 Məhəbbət şerləri : Gəlmə

İndi həyatımın çöküb dizləri
Qəfil xarabalığa dönsəm də gəlmə
İndi sevgimizin dolub gözləri
Sənsiz göz yaşını silsəm də gəlmə


 
 Məhəbbət şerləri : Bədbəxt şəhər

Yenə kimin ahı tutdu
Duman gözləriylə baxan şəhəri
Yenə hansı qızın yagdı üstünə
Bir cavan ömrünün bədbəxtlikləri
 
 Məhəbbət şerləri : Olacağam

Bu çətin yollarda buraxma məni
Batıb qəmlərimə qərq olacağam
Sonra bu dünyaya sığmayacaqsan
Sevən ürəyinə dərd olacağam


 
 Məhəbbət şerləri : Mən ölsəm...

Mən ölsəm nigaran olma
Torpağımda bitən çiçək
Yollarına keşik çəkən ölməz dilək
Məzarımın uçan daşı
Köksümdəki hər göz yaşı
Günəşimin daş kölgəsi
Daş altında vücudumun
Ayağa dura bilmək öfkəsi
Sakitliyim
Susqunluğum
Bu dünyadakı yoxluğum
Sevəcək səni
 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.